reklam
Görün AFFA 6 milyonu nəyə xərcləyəcək
Sportfm.az xəbər saytı

Görün AFFA 6 milyonu nəyə xərcləyəcək


AFFA-nın UEFA-dan ayrılan vəsaiti hansı istiqamətlərə xərcləyəcəyi məlum olub.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Ölkədə futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaq məqsədilə UEFA-nın “Hat-Trick” Həmrəylik proqramları çərçivəsində 2024/2025 və 2025/2026 mövsümləri üçün UEFA tərəfindən AFFA-ya ümumilikdə 6 milyon 435 min 438 manat ayrılıb.

Həmin məbləğ müxtəlif yaş qrupları üzrə milli komandaların, müxtəlif yaş qrupları üzrə liqaların, grassroots proqramlarının, hakimlik, məşqçilik, infrastruktur və digər sahələrin standartlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub.

Bundan əlavə, FİFA-nın “Forward” və futbolun müxtəlif inkişaf proqramları çərçivəsində uzunmüddətli perspektivdə yerli futbol və idarəetmə sistemlərini dəstəkləmək məqsədi ilə AFFA-ya 2 milyon 874 min 917 manat maliyyə vəsaiti ayırdığı vurğulanıb.

Bildirilib ki, bu dəstək vasitəsilə həm gənc futbolçuların yetişdirilməsi, həm məşqçi potensialının artırılması, həm də stadionlar və təlim-məşq bazalarının standartlarının yüksəldilməsi mümkün olacaq. Ayrılan vəsaitin strateji istifadəsi yerli futbolun davamlı inkişafını və beynəlxalq standartlara uyğun idarəetmə sistemlərinin tətbiqini təmin edəcək.

Oxşar xəbərlər

AFFA 250-dən çox layihənin icrasını həyata keçirəcək
AFFA-nın idman qurğularına ayırdığı vəsait açıqlandı
AFFA-nın ötənilki xərcləri - 28 milyon
UEFA-nın ötən il klublarımıza ödədiyi vəsaitin məbləği bilindi
AFFA-ya ayrılan vəsait açıqlandı - 5 016 425 manat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər