reklam
Pley-off finalçıları bilindi -
Sportfm.az xəbər saytı

Pley-off finalçıları bilindi -DÇ-2026


Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinə start verilib.

Sportfm.az xəbər verir ki, A, B, C və D yolları üzrə ümumilikdə 8 oyun keçirilib.

Türkiyə millisi İstanbulda Rumıniya yığmasını qəbul edib. Oyun Türkiyənin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Türkiyə pley-off mərhələsinin finalına adlayıb. Komanda həlledici mərhələdə Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq.

Həmçinin Danimarka, İtaliya, Kosovo, İsveç, Polşa, Çexiya və Bosniya və Herseqovina yığmaları da finala yüksəlib.

Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. Final görüşləri martın 31-də keçiriləcək.

26 mart

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Yarımfinal

C yolu

21:00. Türkiyə - Rumıniya - 1:0
Qol: Kadıoğlu, 53

23:45. Slovakiya - Kosovo - 3:4
Qollar: Valyent, 6, Haraslin, 45, Streleç, 90+4 - Hodza, 21, Aslani, 47, Muslia, 60, Hayrizi, 72

A yolu

23:45. İtaliya - Şimali İrlandiya - 2:0
Qollar: Tonali, 56, Kin, 80

23.45. Uels - Bosniya və Herseqovina - 1:1, Penaltilər seriyası - 2:4
Qollar: Ceyms, 51 - Dzeko, 86

B yolu

23:45. Ukrayna - İsveç - 1:3
Qollar: Pomomarenko, 90 - Qyökereş, 6, 51, 73-pen.

24:45. Polşa - Albaniya - 2:1
Qollar: Levandovski, 63, Zelinski, 73 - Hoxa, 42

D yolu

23:45. Danimarka - Şimali Makedoniya - 4:0
Qollar: Damsqaard, 49, İsaksen, 58, 59, Norqard, 75

23:45. Çexiya - İrlandiya - 2:2, Penaltilər seriyası - 4:3
Qollar: Şik, 27-pen; Kreyçi, 86 - Parrot, 19-pen, Kovar, 23-avtoqol

Pley-off-un final cütlükləri

A yolu

İtaliya – Bosniya və Herseqovina

B yolu

İsveç - Polşa

C yolu

Türkiyə – Kosovo

D yolu

Danimarka – Çexiya

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Oxşar xəbərlər

Pley-off oyunlarına start verilir - DÇ-2026
Türkiyənin pley-off mərhələsindəki rəqibləri məlum oldu - DÇ-2026
Bu gün Türkiyənin pley-off-dakı rəqibi bilinəcək
Şimali İrlandiya – Almaniya - önəmli oyun - DÇ-2026
Yığmamız IV səbətdə yer alacaq - DÇ-2026

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər