reklam
Türkiyə klubu UEFA-dan kompensasiya tələb edəcək
Sportfm.az xəbər saytı

Türkiyə klubu UEFA-dan kompensasiya tələb edəcək


Türkiyənin "Qalatasaray" klubu UEFA nümayəndələrinə şikayət ərizəsi ilə müraciət edib.

Sportfm.az xəbər verir ki, bu, komandanın İngiltərədə "Liverpul"a uduzduğu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan (0:4) sonra baş verib.

İstanbul təmsilçisinin baş katibi Eray Yazgan Noa Lanqın ağır zədə alması ilə bağlı bu addımı atdıqlarını bildirib:

"Matçdan sonra bu məsələ ilə bağlı UEFA nümayəndələrinə şikayət ərizəsi ilə müraciət etdik. Qurum vəziyyəti qiymətləndirəcək. Biz vəkillərlə məsləhətləşirik. UEFA-ya kompensasiya tələbi ilə müraciət edəcəyik və iddialarımızın nəzərdən keçirilməsini tələb edəcəyik. Tələbimiz təmin edilməsə, məhkəmə iddiası qaldırıla bilər. Oyunçularımızın sağlamlığı bizim üçün prioritetdir".

Xatırladaq ki, Noa Lanq sözügedən qarşılaşmada ağır zədə alıb. Niderlandlı oyunçunun barmağı reklam lövhəsindəki polad dəliyə ilişərək kəsilib.

Oxşar xəbərlər

"Qarabağ" azarkeşlərinə müraciət etdi
İngiltərə klubu UEFA-ya müraciət etdi
Çempionlar Liqasının finalına Bakı ev sahibliyi edə bilər
TFF UEFA-ya müraciət etdi - Oyunlar "Beşiktaş"ın stadionunda keçiriləcək
"Qalatasaray" UEFA-ya müraciət edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər