reklam
İki yığma komanda Bakıya gəlir -
Sportfm.az xəbər saytı

İki yığma komanda Bakıya gəlir -Toplanış


Martın 20-də Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start veriləcək.

Sportfm.az xəbər verir ki, toplanışda Azərbaycan millisi ilə yanaşı, Gürcüstan və Rumıniya yığmaları da hazırlıq keçəcək.

Bakı Boks Mərkəzində təşkil olunacaq toplanışa 60-dək boksçu qatılacaq. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar.

Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Gürcüstan tam heyətlə məşqlərə 1 gün sonra qoşulacaq.

Məşqlər Bakıda təşkil olunacaq Böyük İpək Yolu beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, Böyük İpək Yolu yarışı 2 - 7 aprelidə baş tutacaq.

Oxşar xəbərlər

Azərbaycanda üç beynəlxalq boks turniri keçiriləcək
Bakıda beynəlxalq toplanış keçirilir
Güləş millilərimizın Bakıda toplanış keçirilir
"Böyük İpək Yolu" turnirində qaliblər mükafatlandırıldı
Bakıda “Böyük İpək Yolu” turniri keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər