reklam
Millimizin futbolçusu Almaniyada qol vurdu
Sportfm.az xəbər saytı

Millimizin futbolçusu Almaniyada qol vurdu


Almaniyanın II Bundesliqasında IV tura start verilib.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Aue" növbəti oyununu keçirib.

Onun komandası evdə "Nürnberq"lə qarşılaşıb. Meydan sahibləri bu görüşdə 3:1 hesablı qələbə qazanıb.

Strat heyətdə meydana çıxan və 90 dəqiqə oyunda olan yarımmüdafiəçimiz komandasının qələbəsində pay sahibi olub. "10 nömrə" 73-cü dəqiqədə komandasının 2-ci qoluna imza atıb.

Qeyd edək ki, 4 turdan sonra 4 xala malik "Aue" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

Nazarov komandasıın qələbə qolunu vurdu - Bundesliqa
Nazarovdan Almaniyada 8-ci qol
Nazarov Almaniyada növbəti qolunu vurdu
Nazarovun möhtəşəm qolu - VİDEO
Nazarovun qolu "Aue"ni xilas etmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər