Çempionlar Liqasında səbətlər müəyyənləşdi - "Qarabağ"ın mümkün rəqibləri məlum oldu
Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandaların yer alacağı səbətlər bəlli olub.
Sportfm.az xəbər verir ki, turnirindəki təmsilçimiz “Qarabağ” Danimarkanın “Kopenhagen” klubunu mübarizədən kənarlaşdıracağı halda qrup mərhələsinin püşkü zamanı 4-cü səbətdə yer alacaq.
1-ci səbət
“Real”, “Bavariya”, “Çelsi”, “Yuventus”, “Benfika”, “Monako”, “Spartak” (Moskva), “Şaxtyor” (Donetsk)
2-ci səbət
“Barselona”, “Atletiko”. PSJ, “Borussiya” (Dortmund), “Sevilya”, “Mançester Siti”, “Portu”, “Mançester Yunayted”
3-cü səbət
“Napoli”, “Tottenhem”, “Bazel”, “Olimpiakos”, “Anderlext”, “Roma”, “Beşiktaş”
4-cü səbət
“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi, “Slaviya” (Çexiya) - APOEL (Kipr) cütünün qalibi, “Styaua” (Rumıniya) - “Sportinq” (Portuqaliya) cütünün qalibi, ÇSKA (Moskva, Rusiya) - “Yanq Boyz” (İsveçrə) cütünün qalibi, “Feyenord”, “Maribor”, “Leypsiq”
Qeyri-müəyyənlər
“Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya) cütünün qalibi, “Seltik”
“Liverpul” "Hoffenhaym" səddini keçsə, "Seltik" 4-cü, Almaniya klubu qrup mərhələsinə vəsiqə qazanacağı halda isə 3-cü səbətdə yer alacaq. "Liverpul" mərhələ adlasa, 3-cü, "Hoffenhaym" qrupa düşsə, 4-cü səbətdə yer alacaq.
Oxşar xəbərlər
Bu gün qrup mərhələsinin püşkü atılacaq - ÇL
Çempionlar Liqasında gecənin nəticələri
"Liverpul"dan darmadağın, "Beşiktaş"dan növbəti qələbə
"Adidas" "Qarabağ"ı pulsuz forma ilə təmin edəcək
"Qarabağ"ın rəqibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası