reklam
Netu topdaşıyandan üzr istədi
Sportfm.az xəbər saytı

Netu topdaşıyandan üzr istədi


İngiltərənin "Çelsi" komandasının futbolçusu Pedro Netu Çempionlar Liqasının 1/8 final mərhələsində Fransada PSJ-yə qarşı ilk oyunun sonlarında baş vermiş topdaşıyan insidentinə görə üzr istəyib.

Sportfm.az xəbər verir ki, London təmsilçisinin 2:5 hesablı məğlubiyyəti ilə yekunlaşmış matçın əlavə olunmuş dəqiqələrində "bolboy" topu portuqaliyalı futbolçuya qaytarmaqda tələsməyib.

Bu isə Netunun narazılığına səbəb olub və o, oğlanı yüngülcə itələyib. Nəticədə topdaşıyan yerə yıxılıb. Epizod VAR tərəfindən yoxlanılsa da, 26 yaşlı yarımmüdafiəçi hər hansı cəza almayıb.

Final fitindən sonra Netu topdaşıyandan üzr istəyib və ona formasını hədiyyə edib.

Qeyd edək ki, "Çelsi" ilə PSJ arasında Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü martın 17-də keçiriləcək.

Oxşar xəbərlər

Netu Bakıya gəlməyəcək
"Qarabağ" - "Çelsi" oyunun hakimləri bilindi
Palmer “Qarabağ”la oyunu buraxacaq
Çempionlar Liqasının yeni topu
Bu gün finaldır - PSJ və “Çelsi” üz-üzə gəlir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər