reklam
Netu Bakıya gəlməyəcək
Sportfm.az xəbər saytı

Netu Bakıya gəlməyəcək


İngiltərənin "Çelsi" klubunun futbolçusu Pedro Netu Bakıda "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçını buraxacaq.

Sportfm.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Entso Mareska onlayn mətbuat konfransında açıqlama verib.

Netu noyabrın 1-də səfərdə "Tottenhem"ə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqa qarşılaşmasının 85-ci dəqiqəsində əzələlərindəki problem üzündən Estevao ilə əvəzlənib.

Mareska bildirib ki, bugünkü məşqi buraxmasına baxmayaraq, 26 yaşlı yarımmüdafiəçinin zədəsi ciddi deyil.

Zədəli Koul Palmer, Benua Badyaşil və Dario Essuqo, eləcə də bərpa dövrü keçən Levi Kolvill "Qarabağ"la matçı buraxacaqlar. Palmer və Badyaşilin noyabrın 25-də İspaniya "Barselona"sına qarşı oyunda iştirakları gözlənilir.

Oxşar xəbərlər

"Böyük klubları Bakıda görmək azarkeşlər üçün stimuldur" - Qurban Qurbanov
Palmer “Qarabağ”la oyunu buraxacaq
“Qarabağ”ın rəqibi futbolçuları ilə bağlı qərar verdi
"Çelsi"nin futbolçusu ən yaxşı seçildi
“Braqa”nın daha bir futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər