Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Məşq meydançası olmayan milliyə xarici baş məşqçi -Təyinat
AFFA İcraiyyə Komitəsinin 19 fevral 2026-cı il tarixində keçirilmiş iclasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi vəzifəsinə Rui Jorgenin namizədliyi müzakirə çıxarıb və təsdiq edib.
Sportfm.az xəbər verir ki, hüquqi prosedurların tamamlandığını nəzərə alaraq Rui Jorge müvafiq millinin baş məşqçisi postuna təyin olunub. Bu barədə AFFA-nın saytı məlumat yayıb.
Bildirilib ki, yaxın günlərdə AFFA rəhbərliyinin iştirakı ilə R.Jorgenin mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Rui Jorge məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.
2010-cu ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorge 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Rui Jorge Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.
Xatırladaq ki, hal-hazırda Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarımızın məşq keçməsi üçün normal meydançası belə yoxdur.
Əlavə edək ki, Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FİFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.

Oxşar xəbərlər
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
Limit ləğv olundu, komanda sayı 12-yə çıxarıldı
Rəcəb Fərəczadə millinin baş məşqçisi oldu
“Neftçi” Roman Qriqorçuka tapşırıldı - RƏSMİ
Fernandu Santuş Azərbaycan millisində - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası