reklam
“Qəbələ” - “Sabah” matçında bərabərlik -
Sportfm.az xəbər saytı

“Qəbələ” - “Sabah” matçında bərabərlik -Azərbaycan kuboku


Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, 3-cü oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.

"Kəpəz" "Turan Tovuz"u qəbul edib. Oyunda "Turan Tovuz" 2:0 hesablı qələbə qazanıb. Bu komandalar arasında ilk görüşdə də Tovuz təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi. Nəticədə "Turan Tovuz" yarımfinala yüksəlib. Komanda bu mərhələdə "Zirə" ilə qarşılaşacaq.

Digər matçda "Qəbələ" "Sabah"la üz-üzə gəlir. Sözügedən komandaların ilk duelində 0:0 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi yarımfinalda "Qarabağ"la üz-üzə gələcək.

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları

5 mart (cümə axşamı)

18:00. “Qəbələ” – “Sabah” - 3:3 (Əlavə vaxt)

Qol: Timoteuş Puxaç, 31 (0:1), Timoteuş Puxaç (0:2) 62, İsmael Akinade, 88 (1:2), İsmael Akinade, 90 (2:2), Coy Lens Mikels 90+15 (2:3), Nuğay Rəşidov, 90+24 (3:3)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Qəbələ şəhər stadionu
İlk oyun - 0:0

Oxşar xəbərlər

"Turan Tovuz" yarımfinalda - Azərbaycan kuboku
“Kəpəz” “Turan Tovuz”a, “Qəbələ” “Sabah”a qarşı - Azərbaycan Kuboku
“Şamaxı” “Turan Tovuz”la heç-heçə etdi - Premyer Liqa
"Turan Tovuz" yarımfinalda - Azərbaycan Kuboku
Bu gün növbəti yarımfinalçılar müəyyənləşəcək - Azərbaycan Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər