• 11:33 Çərşənbə axşamı
    21 Mart 2023
  • OLİMPİZM
  • Voleybol
  • Futbol
  • Güləş
  • Cüdo
  • Boks
  • Futzal

  • Uşaq futbolu
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
    • Footvolley
    • Teqball
reklam
reklam
Savadsız futbolçunun lazım olmadığı akademiyada kimi örnək götürürlər?

Savadsız futbolçunun lazım olmadığı akademiyada kimi örnək götürürlər? (LAYİHƏ)

Korner.az və Sportfm.az saytlarının "Uşaq futbolu: problemləri aradan necə qaldırmalı?" layihəsi çərçivəsində doqquzuncu yazısı

"Gənclər futbolunun inkişafı" proqramı çərçivəsində "İnter"də görülən işlərlə bağlı klubun Uşar-Gənclər Futbol Məktəbinin (UGFM) rəhbəri Rövşən Babayev ətraflı məlumat vermişdi. Bu dəfə Azərbaycanın ən adlı-sanlı futbol akademiyasına sahib olan "Qəbələ"nin bu sahədə atdığı addımlarla tanış olmaq imkanını əldən vermədik. Bunun üçün klubun futbol akademiyasının rəhbəri Nail Kərimovla görüşdük: 

"Avropa səviyyəli futbolçular hazırlayacağımıza ürəkdən inanırıq" 

Əvvəla onu qeyd edim ki, “Qəbələ”də gənclər futbolunun inkişaf proqramı 3 illik yazılır. Daha uzun müddətli proqram yazılması da mümkündür, lakin futbolda tez-tez dəyişikliklərin baş verdiyini nəzərə alsaq, inkişaf proqramının maksimum 3 ili əhatə etməsi normaldır. Doğrudur, qaydalara görə proqrama əlavə və dəyişilikləri mövsümün gedişində də etmək olar. Lakin biz, istənilən halda 3 ildən bir yenilənməni daha məqbul sayırıq. Proqramı akademiyamızın direktoru Halim Fıçıcı məşqçilər heyətilə birlikdə tərtib edir. Sizə də məlumdur ki, peşəkar futbol akademiyalarında işə yanaşma, fəlsəfə və sistem uzun müddət dəyişməz olaraq qalır. 2009-cu ildə qurulan “Qəbələ” akademiyası bu xüsusiyyətlərinə görə ən yaxşılar sırasındadır. Artıq 5 ildən çoxdur ki, eyni oyun və məşq sistemini tətbiq edirik.

Hər mövsüm çatışmayan cəhətlərimizi analiz edib dəyişikliklər edirik, eləcə də, futboldakı yeniliklərə əsasən akademiyamızda əlavələr həyata keçiririk. U-7-dən U-19-a qədər olan komandalarımızın məşq proqramı eynidir, fərq yaşa görə dəyişən təmrinlər və yükləmələrlə, məşqin vaxtı ilə əhatələnir. Bütün komandalarımız eyni oyun sistemilə meydançaya çıxır. 11-11-ə 4-3-3, 9-9-a 2-3-3, 7-7-yə 2-1-3 sxemi ilə oynayırıq. Bu sistemləri tətbiq etməkdə əsas məqsədimiz oyun ərzində daha çox topa sahib olmaq, rəngarəng və məntiqli hücumlar qurmaq, futbolçuları kortəbii oynamaq vərdişlərindən uzaqlaşdırmaqdır. Belə olan halda yeniyetmə mərhələlərlə texnika, taktika, dözümlülük, güc qazanır və peşəkar futbola hazır olur. Sözügedən məqamları tam həyata keçirmək, məşqçi heyətinin həmin sistemləri kiçikyaşlı futbolçulara aşılaması asanlıqla başa gəlmir. Kənardan nə qədər sadə görünsə də, bu proses uzun illəri əhatə edir. İlk günlərlə hazırkı vəziyyəti müqayisə etdikdə illər sonra daha da təşkilatlanmış akademiyamızın olacağına heç bir şübhəm qalmır. İrəliləyən illərdə Avropa səviyyəli futbolçular hazırlayacağımıza ürəkdən inanırıq. Dünya ölkələri istənilən sahədə uğuru müşahidə aparmaqla, analiz edib öyrənməklə və tətbiq etməklə qazanırlar. Eləcə də, uzun illərdən bəri formalaşan ənənələrin qorunub saxlanması çox vacibdir. Hazırda bizdə uşaq futboluna yanaşma analiz-tətbiq mərhələsindədir və artıq ənənəyə çevrilməyə başlayıb. “Qəbələ” klubunda və ya akademiyada rəhbərlik və işçi heyəti dəyişsə belə, iş prinsipləri və ümumilikdə uşaq futboluna yanaşmanın dəyişməcəyinə ümid edirik. Çünki bizdə bu sahənin toxumları kifayət qədər yaxşı səpilib. 

Nail Kərimov "Qəbələ"də gənclərin futbolun sirlərinə yiyələnməsi ilə yanaşı təhsilli yetişmələrinə verilən önəmdən də danışdı:

"Futbolçuların davranışları haqqında məlumatı ailələrinə göndəririk"  

Bilirsiniz ki, futbolçu yalnız meydançada yetişmir, o, həm də şəxsiyyət olmalıdır. Bu prosesdə klubun imkanları məhdud olsa da, biz əlimizdən gələni etməyə çalışırıq. Hər bir şəxsin əsası ailədə qoyulur, daha sonra orta təhsillə bu proses davam etdirilir. Futbolla məşğul olan uşaqlarda bəzi məqamlar digər həmyaşıdlarından geri qalır, çünki onların böyük əksəriyyəti təhsilə yetərincə vaxt ayıra bilmir. Onların gələcəkdə futbolçu olub-olmamasından asılı olmayaraq təhsilə önəm verməsi çox vacibdir. Ona görə də, biz futbolçularımıza xüsusi münasibət bəsləyirik. Onların orta məktəb təhsilinə maksimum diqqət yetirmək, təhsil ocaqları ilə mütəşəkkil fəaliyyət göstəririk. Uşaqların valideynləri ilə daim ünsiyyətdə oluruq. Futbolçuların orta məktəb, akademiya yataqxanası və meydançadakı davranışları, onların mənfi və müsbət cəhətləri haqqında anketlər doldurularaq mövsüm ərzində 3 dəfə poçt vasitəsilə ailələrinə göndərilir. Həmçinin, ildə 3 dəfə valideyn iclası çağırılır, onların fikirləri dinlənilir və məsləhətlər verilir. Təəssüf ki, bəzi ailələr övladlarına laqeyd münasibət göstərir, eləcə də təhsil problemlərinin həllində bizə yardımçı olmurlar. Lakin biz bundan da çıxış yolları axtarmağa davam edirik. Misal kimi təqdimatlar və ekskursiyaları göstərə bilərəm. Təqdimatlar istənilən sahəni – gigiyena, zədələr, qidalanma, təhsil, dünya görüşü, davranış, nümunəvi idmançıların həyatı - əhatə edə bilər. Məsələn, ötən mövsüm əməkdaşlarımız Rivaldo haqqında hazırladıqları təqdimatda bir futbolçunun zirvəyə qalxmaq üçün hansı əziyyətlərə tab gətirməli olduğunu diqqətə çatdırmışdılar.

Həmçinin, Pol Qaskoynun simasında bir istedadı necə məhv etmək mümkün olduğu futbolçularımıza göstərilmişdi. Eyni zamanda, səfərlər öncəsi gediləcək ölkə və şəhər haqqında videotəqdimatlar hazırlanır. Misal üçün, Cənubi Koreyaya yola düşəcək U-13 komandamızın üzvləri artıq həmin ölkə, şəhərləri, eləcə də uçuş qaydaları haqqında kifayət qədər məlumata sahibdirlər. Hesab edirəm ki, bu səfərlər də yeniyetmələrin fərdi inkişafına böyük töhfə verir.
Daha əvvəl qeyd etdiyim kimi, akademiyamız gəncdir və qüsurlar kifayət qədərdir. Hazırda yataqxana binamızı yenisi ilə əvəz etməyə hazırlaşırıq. İnfrastruktur çatışmazlıqları tam aradan qaldırıldıqdan sonra futbolçularımızın təhsil və tərbiyələrinə daha çox və təşkilatlanmış diqqət ayrılacaq. Bu istiqamətlə bağlı planımız artıq tam hazırdır. Əvvəlcə, gənclər futbolunun inkişafı üçün AFFA-nın gördüyü işlərə toxunmaq istərdim. Biz akademiyanı qurduğumuz vaxt çox zəif təşkil olunmuş U-15 və U-17 liqalarından başqa yarış yox idi. Amma indi 9 yaş qrupu üzrə Azərbaycan çempionatları və müxtəlif digər turnirlər ciddi formatda keçirilir. Bunun sayəsində futbolla məşğul olanların həm kəmiyyəti, həm də keyfiyyəti xeyli artıb. Keyfiyyətlə yanaşı, kəmiyyət də önəmlidir ki, gələcəkdə peşəkar şəkildə futbolçu olmayacaq yeniyetmələr futbola öz töhfələrini, heç olmasa, azarkeşliklə versinlər.

AFFA-nın UEFA ilə müştərək təşkil etdiyi məşqçi kurslarında kifayət qədər mütəxəssis yetişib və hazırda onların iş keyfiyyəti özlərindən əvvəlkilərlə müqayisədə yüksəkdir. Hazırkı nəsil ümumi anlayışlarla yanaşı, futboldakı yenilikləri, texnologiyanı da öyrənib.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

скачать dle 10.4 UTF-8Forex для начинающих

25-08-2017
1235
REKLAM
Biz İzləyin
Bizi Telegram-da oxuyun və İzləyin.
Bizi Twitter-da oxuyun və İzləyin.
Bizi İnstagram-da oxuyun və İzləyin.
Bizi Facebook-da oxuyun və İzləyin.
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
24-11-2020
Sabahın ulduzları “Sabah”ın Akademiyasında yetişir -
Sabahın ulduzları “Sabah”ın Akademiyasında yetişir - VİDEO
23-04-2018
Uşaq futbolu:
Uşaq futbolu: Nədən başlayaq, necə davam edək? - QEYD
25-03-2018
Uşaq futboluna ən çox pul xərcləyən klubun rəsmisi:
Uşaq futboluna ən çox pul xərcləyən klubun rəsmisi: AFFA-nın uşaq liqaları inkişaf üçün kifayət deyil
1-10-2017
Şeydayevi
Şeydayevi "istehsal edən" futbolçu "konveyri" necə işləyir? (LAYİHƏ)
29-09-2017
Vaqif Sadıqov: “Azərbaycan futbolunda pul olanda biz bunları yada salmırdıq”
Vaqif Sadıqov: “Azərbaycan futbolunda pul olanda biz bunları yada salmırdıq” (LAYİHƏ)
28-09-2017
"Uşaq futbolu təməldir. Təməl olmasa heç nə əldə edə bilmərik" (LAYİHƏ)
24-09-2017
"“Qəbələ” ilə yanaşı, “Qarabağ” və “Neftçi”də bizim uşaqları yığıb aparır" (LAYİHƏ)
19-09-2017
“Qarabağ”ın gec qalan gəncləri!
“Qarabağ”ın gec qalan gəncləri! (LAYİHƏ)
18-09-2017
Futbolumuzu geri salan
Futbolumuzu geri salan "xəstəlik" və aldadılan gənclər (LAYİHƏ)
15-09-2017
“Zirə”nin koordinatoru uşaq məşqçilərindən şikayətləndi: “Bəzən elə fantastik şeylər istəyirlər ki…”
“Zirə”nin koordinatoru uşaq məşqçilərindən şikayətləndi: “Bəzən elə fantastik şeylər istəyirlər ki…” (LAYİHƏ)
8-09-2017
Bir illik öhdəlik və “Neftçi”nin gələcəyi
Bir illik öhdəlik və “Neftçi”nin gələcəyi (LAYİHƏ)
29-08-2017
Futbolçu kimi effektiv olmayan tərbiyəli uşaqlar!
Futbolçu kimi effektiv olmayan tərbiyəli uşaqlar! (LAYİHƏ)
20-08-2017
Dar küçələr və yox olan ənənələr!
Dar küçələr və yox olan ənənələr! (LAYİHƏ)
17-08-2017
İt-bat olan gənclər və uşaq futbolundan xəbəri olmayanlar!
İt-bat olan gənclər və uşaq futbolundan xəbəri olmayanlar! (LAYİHƏ)
28-07-2017
Hokkeyin bir nömrəli idman növü olduğu ölkənin futbol möcüzəsi...
Hokkeyin bir nömrəli idman növü olduğu ölkənin futbol möcüzəsi... (LAYİHƏ)
  Xəbər lenti
“Konyaspor” Mahirə görə cərimə ödəyəcək 21.03.2023, 11:20
Millimiz Bosniyada ilk məşqə çıxdı 21.03.2023, 10:32
40 il boyunca stadiona daxil ola bilməyəcək - Dəhşətli cəza 21.03.2023, 09:24
Emreli geriyə dönəcək - Zədə səbəbindən 21.03.2023, 09:12
Bəxtimiz gətirdi, 3 itkiləri var 20.03.2023, 22:11
Murad Musayevin yerinə onu gətirdilər - Dəyişiklik 20.03.2023, 21:57
Millimizin heyəti məlum oldu - Dünya birinciliyi 20.03.2023, 21:52
"Fənərbaxça"nı keçdi, postundan qovuldu 20.03.2023, 18:23
Emrelinin durumu açıqlandı 20.03.2023, 18:21
BÜTÜN XƏBƏRLƏR
Misli Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  27 71
2 Sabah 27 62
3 Neftçi 27 56
4 Zirə 27 37
5 Qəbələ  27 36
6 Turan 27 28
7 Kəpəz 27 22
8 Sumqayıt  27 21
9 Şamaxı  27 20
10 Səbail  27 18
Ətraflı
6-03-2023
"Leon Baku" FC pley-offda - UĞUR
1-03-2023
Futbolçunun fiziki və texniki hazırlığı
Futbolçunun fiziki və texniki hazırlığı
25-02-2023
"Qarabağ" 3-cü qrup əlilin 50 manatını kəsdi!
12-03-2023
"Qalatasaray" klubu "Qarabağ"la qarşılaşa bilər
15-03-2023
Günün canlı yayımlanacaq qarşılaşmaları -
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
28-02-2023
"Qarabağ"ın qapıçısının cəzası nə olacaq? - FOTO
3-03-2023
Luka cəzalandı -
Luka cəzalandı - Amma şərti
6-03-2023
Kikboksçular bu dəfə
Kikboksçular bu dəfə "Abşeron"a toplaşır - "Mübarizlər" turniri
7-03-2023
Əvəzedicilərin çempionatı bərpa edilir,
Əvəzedicilərin çempionatı bərpa edilir, "Araz Naxçıvan"ın Premyer Liqaya yolu açıldı
5-03-2023
PFL prezidenti olmayan şeydən necə danışır?!
PFL prezidenti olmayan şeydən necə danışır?!
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz-Naxçıvan 13 37
2 EKOL 13 30
3 Neftçi İK 13 25
4 Baku Fire 13 22
5 Record club.az 13 12
6 Alyans 13 12
7  U-19 13 9
8 Xilə 13 6
       
       
Ətraflı
№ Komanda o x
1 Araz Naxçıvan 5 15
2 MOİK 5 11
3 Turan Tovuz-2 4 9
4 Qəbələ-2 5 9
5 Neftçi-2 4 9
6 Qarabağ-2 5 7
7 Zirə-2 4 7
8 Şamaxı-2 5 7
9 Qaradağ Lökbatan 5 6
10 Mingəçevir 5 6
11 Səbail-2 4 6
12 Zaqatala 5 6
13 Sumqayıt-2 4 3
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb