reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" - "Sabah" matçında müştərək şərhçilik


Azərbaycan Premyer Liqasında XXII turun bu gün keçiriləcək "Qarabağ" - "Sabah" oyununu həm də iki telekanalın şərhçiləri birlikdə şərh edəcək.

Sportfm.az xəbər verir ki, CBC Sport-dan bu funksiyanı Pərviz Musayev, İdman TV-dən isə Nurlan Hacıyev yerinə yetirəcək.

Müştərək şərhçilik yalnız bu tura şamil ediləcək. Növbəti turlardan hər bir idman telekanalı oyunları öz şərhçiləri ilə ekranlara gətirəcək.

Çəkiliş isə CBC Sport-un kameraları vasitəsilə aparılacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq "Qarabağ" - "Sabah" qarşılaşması saat 19:00-da başlanacaq.

Oxşar xəbərlər

"Qarabağ" - "Sabah" matçının vaxtı açıqlandı - Premyer Liqa
Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
Azərbaycan klublarının avrokuboklardakı ilk oyunları canlı yayımda
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
“Qarabağ” – “Sabah” matçında 6 qol vuruldu - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər