reklam
Gənc futbolçunu transfer edəcəklər
Sportfm.az xəbər saytı

Gənc futbolçunu transfer edəcəklər


İtaliyanın “Milan” klubu İspaniyanın “Real Madrid” komandasının gənc istedadlarından sayılan Viktor Valdepenyası heyətinə qatmaq istəyir.

Sportfm.az xəbər verir ki, bu barədə məşhur insayder Matteo Moretto məlumat yayıb.

Mənbənin məlumatına görə, A Seriyası təmsilçisi artıq 19 yaşlı müdafiəçinin agenti Alexandro Kamano ilə danışıqlara başlayıb.

"Kral klubu"nun akademiyasının yetirmələri olan Brahim Dias və Aleks Ximeneslə bağlı əvvəlki uğurlu təcrübələr “Milan”ı bu transferə təşviq edib.

Lakin tərəflər arasında hələlik razılıq əldə olunmayıb. Buna səbəb “Real Madrid”in futbolçunun gələcək satışından 50% pay tələb etməsidir.

Qeyd edək ki, Viktor Valdepenyas cari mövsüm ərzində "Real Madrid"in əsas komandasında cəmi 1 oyunda şans qazanıb.

Oxşar xəbərlər

33 yaşlı oyunçu "Beşiktaş"ın hədəfində
İllik 30 milyon avro qazanc əldə edəcək - Müqavilə
"Milan" "Real Madrid"in hücumçusu ilə maraqlanır
Brahim Dias “Real”dan getdi - “Milan” icarəyə götürdü
“Roma” “Real”ın futbolçusunu transfer edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər