Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Kəpəz”lə “Sabah”ın futbolçularına ağır cəza
AFFA İntizam Komitəsi “Kəpəz” və “Sabah” klublarını cərimələyib.
Sportfm.az xəbər verir ki, bu barədə qərar qurumun iclasında qəbul edilb.
Əvəzedicilər Liqasının 17-ci turunda “Kəpəz-2″nin futbolçusu Nihad İsaqov aqressiv davranışa və rəqibi təhrik etməyə görə birbaşa qırmızı vərəqə alıb. O, 6 oyunluq diskvalifikasiya olunub, klubu 300 manat cərimələnib.
Sözügedən matçda “Sabah-2″nin futbolçusu Həmzəalı Mikayılov da qaydaları pozub. O, təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə qarşıdakı 2 oyunu buraxacaq. Bakı komandası isə 150 manat cərimə ödəyəcək.
Bundan başqa, “bayquşlar”ın məşqçisi Din Haliloviç hakimin qərarına etiraz etdiyindən birbaşa qırmızı vərəqə alaraq 2 oyunluq cəzalandırılıb. Bu davranışa görə “Sabah” 500 manat ziyana düşüb.

Oxşar xəbərlər
“Şamaxı” və “Kəpəz” cərimələndi - QƏRAR
Premyer Liqa klubları cərimə olundu - Qərar
İki futbolçuya ağır cəza
"Səbail"in legionerinə ağır cəza
"Kəpəz"in futbolçusuna ağır cəza - QƏRAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası