reklam
“Şamaxı” və “Kəpəz” cərimələndi -
Sportfm.az xəbər saytı

“Şamaxı” və “Kəpəz” cərimələndi -QƏRAR


AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 21-ci turunda baş verən qayda pozuntularına görə “Şamaxı” və “Kəpəz” klublarını cərimələyib.

Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

“İmişli” – “Şamaxı” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 700 manat cərimə edilib. “Sabah” – “Kəpəz” matçının 90+8-ci dəqiqəsində isə Gəncə təmsilçisinin futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bu səbəbdən oyunçu 2 matçlıq diskvalifikasiya olunub, “Kəpəz” klubu isə 1000 manat məbləğində cərimə olunub.

Oxşar xəbərlər

AFFA bu klubları cərimələdi - Qərar
Bu klublar cərimələndi - QƏRAR
“Kəpəz” cərimə ödəyəcək - 8500 manat
1-ci Liqada cəzalar açıqlandı - QƏRAR
İntizam Komitəsi qərarları açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər