Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
250-ci avtoqolu Keyta vurdu
Misli Premyer Liqasının XIV turundan təxirə salınan “Qəbələ” – “Turan Tovuz” matçı (0:3) avtoqolla əlamətdar olub. Görüşdəki son qolu meydan sahiblərinin futbolçusu Seydina Keyta öz qapısına vurub.
Sportfm.az saytı PFL-ə istinadən xəbər verir ki, bu, Azərbaycan çempionatlarının yüksək liqasının tarixində 250-ci avtoqol olub. 1992-ci ildən keçirilən yarışda Seydinaya qədər 249 belə hal yaşanmışdı.
İlk avtoqol 1992-ci il mayın 16-da qeydə alınıb. Kürdəmir “Şirvan”ının futbolçusu Vahid Mahmudov “Kürmük”lə səfər görüşündə (0:6) “fərqlənib”.
İndiyədək 44 komanda öz qapısına qol vurub. 40 komanda rəqib qoluna sevinib. Keyta avtoqol müəllifi olan 207-ci futbolçu olub.
Qeyd edək ki, 2022/23 mövsümündə daha çox – 18 avtoqol olub. 1993/94 mövsümündə belə qol qeydə alınmayıb.

Oxşar xəbərlər
Bölgə komandasının tarixində 900-cü qol
“Qarabağ”dan 5-ci dəfə 7 qol - Misli Premyer Liqası
Rəşad Əzizli antirekordu təkrarladı
Ənənə pozulmadı: yenə braziliyalı
Azərbaycan çempionatlarında ikinci dəfə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

.png)

Misli Premyer Liqası