reklam
İlk 4 vəsiqənin sahibləri müəyyənləşəcək -
Sportfm.az xəbər saytı

İlk 4 vəsiqənin sahibləri müəyyənləşəcək -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk 4 cavab oyunu keçiriləcək.

Sportfm.az xəbər verir ki, ilk matç İspaniyada "Atletiko Madrid" və Belçika "Brügge"si arasında olacaq.

Bu komandaların ilk görüşü 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Almaniyada "Bayer" Yunanıstan "Olimpiakos"unu sınağa çəkəcək. Səfər matçından 2:0 hesablı qələbə ilə ayrılan leverkuzenlilər cavab görüşünə ciddi üstünlüklə çıxacaqlar.

Ən böyük üstünlük isə "Qarabağ"ı Bakıda 6:1 hesabı ilə məğlub etmiş İngiltərə "Nyukasl"ına məxsusdur. Ona görə də cavab qarşılaşması formal xarakter daşıyacaq.

Əvəzində Norveç "Budö Qlimt"inin Çempionlar Liqasının son finalçısı "İnter"lə İtaliyadakı cavab görüşü daha böyük diqqət mərkəzində olacaq. İlk matçda 3:1 hesablı qələbə qazanmış "Budö Qlimt" bu üstünlüyünü qorumağı bacarsa, sensasiyaya imza atacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
24 fevral
21:45. "Atletiko Madrid" (İspaniya) - "Brügge" (Belçika)
İlk görüş - 3:3

00:00. "Nyukasl" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
İlk görüş - 6:1

00:00. "İnter" (İtaliya) - "Budö Qlimt" (Norveç)
İlk görüş - 1:3

00:00. "Bayer Leverkuzen" (Almaniya) - "Olimpiakos" (Yunanıstan)
İlk görüş - 2:0.

Qeyd edək ki, cütlərin qalibləri 1/8 finala yüksələcəklər.

Oxşar xəbərlər

“Nyukasl’ “Qarabağ”a rəqib oldu - Çempionlar Liqası
Pley-off mərhələsinin püşkü atılır - Çempionlar Liqası
Çempionlar Liqasında 7-ci tura start veriləcək
Bu gün daha 9 oyun keçiriləcək - Çempionlar Liqası
"Qalatasaray" "Liverpul"a, "Real" "Kayrat"a qarşı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər