Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
6 komandaya texniki məğlubiyyət verildi
AFFA Azərbaycanın aşağı yaş qruplarından ibarət çempionatlarında, həmçinin, Region Liqasında çıxış edən 6 komandanı texniki məğlubiyyətlə cəzalandırıb.
Sportfm.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Region Liqasında bir neçə oyun komandaların təyin olunan vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. “Hacıqabul” – “Ucar” matçında “Ucar”a, “Samur” – “Çinar Zəngilan” qarşılaşmasında “Çinar Zəngilan”a, “Ağsu Siti” – “İmişli Bələdiyyəspor” görüşündə isə qonaq komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bundan əlavə, “Mərcanlı” – “Beyləqan” oyunu 42-ci dəqiqədə “Mərcanlı”nın meydanı tərk etməsi səbəbindən yarımçıq qalıb. Bu hərəkətə görə meydan sahiblərinə texniki məğlubiyyət verilib, lakin mövcud hesab olduğu kimi saxlanılıb.
U-14 Liqasında da bənzər hallar yaşanıb. “Ağdam” – “Kürdəmir” oyununa gəlməyən “Kürdəmir” komandasına və MOİK – “Yasamal Bakı” matçında meydanda olmayan qonaq kollektivə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Oxşar xəbərlər
İki komandaya texniki məğlubiyyət verildi
İki komandaya texniki məğlubiyyət
İki komandaya texniki məğlubiyyət verildi - QƏRAR
2 komandaya texniki məğlubiyyət verildi
2 komandaya texniki məğlubiyyət verildi - Qərar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası