reklam
UEFA
Sportfm.az xəbər saytı

UEFA "Qarabağ"a 12 milyon ödədi


UEFA 2024-2025 mövsümündə avrokuboklarda iştirak etmiş “Qarabağ”a ödədiyi məbləği açıqlayıb.
Sportfm.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun maliyyə hesabatında bildirilir.
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinədək yüksəldiyi üçün 4 milyon 290 min avro əldə edib.
Daha sonra çıxışını Avropa Liqasının əsas mərhələsində davam etdirmiş Azərbaycan təmsilçisinə daha 7 milyon 858 min avro ödənilib. Sözügedən məbləğin 4 milyon 310 min avrosu bu mərhələdə iştirak payı, 3 milyon 15 min avrosu klubun dəyər məbləği, 458 min avrosu oyunlarda göstərdiyi nəticəyə görə, 75 min avrosu isə tutduğu yerlə əlaqədar olub.
Beləliklə, “Qarabağ” ötən mövsüm avrokuboklardan 12 milyon 148 min avro (24 milyon 500 min manat) qazanıb.
Qeyd edək ki, “Qarabağ” 2024/2025 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo Zaqreb” komandasına səfərdə 0:3, evdə 0:2 hesabı ilə uduzaraq, mübarizəni Avropa Liqasının əsas mərhələsində davam etdirib. Bu turnirdə isə Azərbaycan klubu yalnız IV turda Norveçdə “Budö Qlimt” üzərində 2:1 hesablı qələbə ilə kifayətlənərək, cəmi 3 xalla 36 kollektiv arasında sonuncu yeri tutub.

Oxşar xəbərlər

“Qarabağ” nə qədər qazandı?
Ötən ilin ən çox gəlir əldə edən klub "Real" oldu
9 milyon 582 min avro - Ağdam klubunun qazancı
"Qarabağ"ın UEFA-dan alacağı mükafat bəlli oldu
"Qarabağ"ın UEFA-dan qazancı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər