"Qarabağ"ın UEFA-dan alacağı mükafat bəlli oldu
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın UEFA-dan alacağı mükafat bəllidir.
Sportfm.az xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasında III mərhələyə kimi irəlilədiyi üçün UEFA-dan 1 milyon 370 min avro mükafat qazanmışdı.
UEFA-nın 2019/2020 maliyyə gəlirlərinin bölgüsü sisteminə əsasən, ÇL-in pley-off mərhələsində mübarizəni dayandıran klublar arasında 30 milyon avro bölüşdürülüb və hər bir kluba 5 milyon avro çatıb.
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" klubunu mübarizədən kənarlaşdırdığı üçün daha 2,92 milyon avro qazanıb.
Avropa Liqasının mükafatları:
Pley-offda məğlub olan komanda 300 min avro mükafat alacaq.
Qrup mərhələsi: 48 komandanın hər birinə 2,92 milyon avro;
Qrupda qələbə: 570 min avro;
Qrupda heç-heçə: 190 min avro;
Qrupun qalibi: 1 milyon avro;
Qrup ikincisi: 500 min avro;
1/16 finala vəsiqə: 0,5 milyon avro;
1/8 finala vəsiqə: 1,1 milyon avro;
1/4 finala vəsiqə: 1,5 milyon avro;
1/2 finala vəsiqə: 2,4 milyon avro;
Finala vəsiqə: 4,5 milyon avro;
Qalib: 4 milyon avro.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |