reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışda


Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsininilk oyunları çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" – "Nyukasl" matçı üçün biletlər satışa çıxarılacaq.

Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Biletləri iTiket.az saytından əldə etmək mümkün olacaq: "Biletlər yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə əldə oluna bilər. Azarkeşlərdən xahiş olunur ki, bilet alarkən yalnız etibarlı və rəsmi mənbələrdən istifadə etsinlər".

Qeyd edək ki, "Qarabağ"la "Nyukasl" arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Oxşar xəbərlər

“Qarabağ”ın səfər matçına biletlər satışa çıxır - Çempionlar Liqası
"Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılır
"Qarabağ" - "Kopenhagen" oyununun biletləri satışda
“Qarabağ” - “Ayaks" oyununun biletləri satışda
"Qarabağ" - "Linfild" oyununun biletləri satışa çıxarıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər