"Qarabağ" - "Linfild" oyununun biletləri satışa çıxarıldı
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" ilə Bakıda keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.
Sportfm.az xəbər verir ki, ən ucuz bilet 2 manatdır.
Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.
Qeyd edək ki, avqustun 29-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk matç avqustun 22-də Belfastda reallaşacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Oxşar xəbərlər
"Qarabağ" - "Sevilya" matçının biletləri tükənmək üzrədir
Qarabağ - Linfield matçına neçə bilet satıldı?
"Qarabağ" - "Linfild" oyununun biletləri satışa çıxarıldı
“Qarabağ" - APOEL oyunu üçün biletlərin yarısı satıldı
"Qarabağ" - APOEL matçına 10 minə yaxın bilet satıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası