reklam
Hafiz Məmmədov haqqında qərar dəyişdi
Sportfm.az xəbər saytı

Hafiz Məmmədov haqqında qərar dəyişdi


Tanınmış iş adamı, “Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib.

Sportfm.az "APA"ya istinadən xəbər verir ki, Dövlət Vergi Xidməti Hafiz Məmmədovun hazırki maddi vəziyyəti ilə bağlı loyal münasibət göstərərək məhkəmə tərəfindən seçilmiş qətimkan tədbiri müddətinin uzadılmasını istəməyib.

Hafiz Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunub.

Məlumatı Hafiz Məmmədovun vəkili Orxan Cəfərbəyli APA-ya təsdiq edib.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanılıb.

Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilsə də sonradan borcun müəyyən hissəsi ödənildiyi üçün o, ev dustaqlığına buraxılıb.

Oxşar xəbərlər

Hafiz Məmmədov evlərini və restoranını satdı - Borclarını ödədi
Hafiz Məmmədovla bağlı yeni qərar - Protest təmin edilmədi
Hafiz Məmmədovun azadlıqda - FOTO
Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçildi - QƏRAR
Millimizin oyunçusu barədə qətimkan tədbiri dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər