Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Zaur Axundov həbs oluna bilər - “Araz-Naxçıvan”ın prezidenti axtarışdadı
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.
Sportfm.az Bakupost.az-a istinadla xəbər verir ki, bu işlə bağlı yüksək ranqlı vəzifəli şəxsləri yaxın adamlarının həbsi cəmiyyətdə sesnsasiya yaradıb.
Həbs olunan şəxslərlə yanaşı, cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
İddiada adıçəkilən “Səmayə Co”, “Səmayə Logistic” şirkəti “Araz Naxçıvan” futbol klubunun və Naxçıvan Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Zaur Axundova məxsusdur. Bu cinayət araşdırmasının davam olaraq, Zaur Axundovun həbs olunmaq ehtimalı var. Teleqraf-ın əldə etdiyi özəl məlumata görə isə “RR Caspi” rəhbəri Ramin Axundov Premyer Liqada çıxış edən “Araz-Naxçıvan”ın prezidentidir.
R.Axundov istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk edib. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.
Ramin Axundov eyni zamanda, bu işdə adı keçən “Səmayə Co”, “Səmayə Logistic” şirkətlərinin rəhbəri, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır.
“Səmayə CO LTD” MMC-nin saytında qeyd olunur ki, şirkət hazırda Bakı Dəniz Limanı ərazisində 170 metr uzunluğunda üçşaxəli gəmilərin yanalma körpüsünün inşasını aparır. Şirkətin balansında 3000, 2000 tonluq neft tankerləri, 2500 tonluq quru yük və digər təyinatlı gəmilər var. Şirkət bundan başqa yeni tanker, quru yük və RO-RO tipli gəmilərin almağa çalışır.
Şirkətin Bakı limanındakı 8 hektarlıq ərazisində iki mərtəbəli lazımı avadanlıqla təchiz olunan inzibati binası, 5800 kv.metr sahəsi olan qapalı anbarı, 3 hektar ərazisi olan açıq konteyner meydançası, mühafizə sistemləri, müasir maşın mexanizmlər, iri tutumlu yanacaq saxlamaq üçün çənlər var.
Limana 2014-cü ildən Azərbaycan Respublikası Dəniz Administrasiyası tərəfindən rəsmi qeydiyyatdan keçərək, “Səmayə CO LTD” MMC-nin “Buta Limanı” kimi qeydiyyata düşüb və rəsmi sertfikat alıb.
Qeyd edək ki, “Səmayə Logistic” şirkəti Zaur Axundovun prezidenti olduğu “Araz Naxçıvan” klubunun əsas sponsorudur. Klubun formasındakı şirkətin loqosu bunu sübut edir.

Oxşar xəbərlər
Zaur Axundov AFFA İcraiyyə Komitəsindən getdi
Futbol Federasiyasının yeni prezidenti Axundov oldu - FOTO
Araz-Naxçıvan”ın yeni prezidenti məlum olub
Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçildi - QƏRAR
Millimizin oyunçusu barədə qətimkan tədbiri dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zaur Axundov həbs oluna bilər - “Araz-Naxçıvan”ın prezidenti axtarışdadı
-
"Sumqayıt" və "Neftçi"nin futbolçuları Millətlər Kubokunda oynadı
-
“Göygöl” 4–3 “Dinamo” - VİDEO
-
"Qarabağ"ın futbolçusuna Braziliyadan təklif var
-
“Bakı Sportinq” “Zaqatala”ya qarşı - I Liqa
-
Test müsbət nəticə verdi - Vəziyyət qəlizləşdi

Misli Premyer Liqası