reklam
Hafiz Məmmədovla bağlı yeni qərar -
Sportfm.az xəbər saytı

Hafiz Məmmədovla bağlı yeni qərar -Protest təmin edilmədi


Prokuror tanınmış iş adamı, fəaliyyətini dayandırmış “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovun barəsində həbs-qətimkan tədbirinin dəyişməsi ilə bağlı qərardan protest verib.

Sportfm.az APA-ya istinadən xəbər verir ki, Hafiz Məmmədov barəsində qüvvədə olan qətimkan tədbirinin ləğv edilərək yenidən həbs-qətimkan tədbiri ilə əvəz olunması tələb olunub.

Bakı Apellyasiya Məhkəməsi protesti araşdıraraq qərar qəbul edib. Məhkəmə prokurorun tələbi üçün kifayət qədər əsaslar olmadığı qənaətinə gələrək protesti təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanılıb.

Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilsə də, sonradan borcun müəyyən hissəsi ödənildiyi üçün o, ev dustaqlığına buraxılıb. Sonradan Dövlət Vergi Xidməti Hafiz Məmmədovla bağlı məhkəmə tərəfindən seçilmiş qətimkan tədbirinin müddətinin uzadılmasını istəməyib. Hafiz Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri isə başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunub.

Oxşar xəbərlər

Hafiz Məmmədov evlərini və restoranını satdı - Borclarını ödədi
Hafiz Məmmədov haqqında qərar dəyişdi
Hafiz Məmmədovun azadlıqda - FOTO
Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçildi - QƏRAR
Millimizin oyunçusu barədə qətimkan tədbiri dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər