Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Paralimpiya çempionumuzun həyat yoldaşı millimizdə çıxış edəcək
Azərbaycanın paralimpiya çempionu Lamiyə Vəliyevanın həyat yoldaşı Tembo Cona milliyə cəlb olunması üçün müsbət cavab verilməsi mümkündür.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasından (AAF) bildirilib.
Qurumdan vurğulanıb ki, əslən Cənubi Afrika Respublikasından olan idmançı AAF-nin təşkilatçılığı ilə keçirilən müxtəlif yarışlarda klub təmsilçisi kimi iştirak edir və hazırda milli komandanın üzvü deyil:
"İdmançı tərəfindən Azərbaycanı təmsil etmək istəyi ilə bağlı müraciət daxil olub. Məsələ milli komandanın məşqçiləri tərəfindən müzakirə edilib və bunun əsasında müəyyən normativlər müəyyənləşdirilib. Tembo Con həmin normativləri yerinə yetirərsə, onun ölkəmizi təmsil etmək istəyinə müsbət cavab verilməsi mümkündür".
Xatırladaq ki, Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında 400 metr, Paris-2024 paralimpiadasında 100 metr məsafəyə qaçışda qızıl medal qazanıb.
Tembo Con yanvarın 30-da Bakıda keçirilmiş Beynəlxalq qış turnirində 60 metr məsafəyə qaçışda çempion olub. (Report)

Oxşar xəbərlər
Azərbaycan 28-ci oldu - PARİS - 2024
Lamiyə Vəliyevadan növbəti medal - PARİS - 2024
Ümidimiz Lamiyə çıxış edəcək
Lamiyə Azərbaycanın paralimpiya tarixinə düşdü
"Özümə verdiyim sözü yerinə yetirdiyim üçün çox şadam" - Tokio-2020
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
31-ci turun təyinatları açıqlandı - Premyer Liqa
-
"Sabah" üçün 3 güclü potensial rəqib - Çempionlar Liqası
-
"Şimal" yenə məğlub olmadı, "Şəfa" çempionluğu rəsmiləşdirə bilmədi - Birinci Liqa
-
Millimiz Litvaya uduzdu
-
Dünya şöhrətli müğənni yarış üçün Bakıya gəlir - FOTO
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir

Misli Premyer Liqası