reklam
Futbola qayıdır -
Sportfm.az xəbər saytı

Futbola qayıdır -FOTO


İngiltərəli yarımmüdafiəçi Aleks Oksleyd-Çemberleyn uzun müddət azad agent statusunda qaldıqdan sonra yenidən futbola qayıtmağa hazırlaşır.

Sportfm.az xəbər verir ki, 32 yaşlı futbolçu Şotlandiyanın “Seltik” klubu ilə müqavilə imzalamağa yaxındır. Gözləntilərə görə, tərəflər bu gün 6 aylıq müqavilə bağlayacaq.

Çemberleyn ötən ilin yayında “Beşiktaş”dan ayrılmışdı. O, karyerası ərzində “Liverpul” və “Arsenal” kimi klublarda çıxış edib, peşəkar futbol yoluna isə “Sauthempton”da başlayıb.

İngiltərəli futbolçu 2012–2019-cu illər aralığında millinin formasını 35 dəfə geyinib, bu müddətdə 7 qol vurub və 6 məhsuldar ötürmə verib.

Oxşar xəbərlər

Fərdi məşqlər edən hücumçu İtaliya klubuna keçdi
37 yaşı olsa da, oynamağa davam edəcək
İngiltərə klubu yeni müqavilə imzaladı
"Liverpul"dan rəsmi transfer
“Sumqayıt”dan yeni transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər