reklam
Elvin Mürsəliyev:
Sportfm.az xəbər saytı

Elvin Mürsəliyev: "Hakimlərin nöqsanlarına görə finala çıxa bilmədim"


Görüşlər çox ağır idi. İlk görüşüm rus idmançısı Roman Vlasov ilə oldu. O, iki dəfə Olimpiya çempionu, üçqat Avropa və üçqat dünya çempionudur. Ona qalib gələndən sonra özümü finalda qızıl medalçı kimi görürdüm.

Sportfm.az saytı bildirir ki, bu fikri AZƏRTAC-a müsahibəsində Parisdə keçirilən dünya çempionatının bürünc medalçısı Elvin Mürsəliyev söyləyib.

O bildirib ki, ikinci görüşü erməni əsilli Polşa idmançısı ilə olub və rəqibinə vaxtından əvvəl tam üstünlüklə qalib gəlib.

"Ancaq təəssüf olsun ki, yarımfinalda hakimlərin bəzi nöqsanlarına görə finala çıxa bilmədim və bürünc medal qazandım.

Ümumiyyətlə, mən çempionata medal qazanmaq üçün gəlmişdim. İstəyimə nail oldum. Qarşılaşdığım hər bir idmançı çox güclü rəqiblər idi. Çəkdiyim əziyyətin bəhrəsini görmək istəyirdim", - deyə Elvin Mürsəliyev qeyd edib.

Bakıya qayıtdıqdan sonra məşqçilər korpusunun gələcək planları müəyyən edəcəyini diqqətə çatdıran Azərbaycanlı idmançı bildirib ki, məqsədi növbəti Avropa və dünya çempionatlarında bürünc medalı qızıl medalla əvəz etməkdir.

Oxşar xəbərlər

Güləşçimiz ermənini udub Avropa çempionu oldu - UĞUR
Erməniyə uduzan güləşçimiz əsəblərini cilovlaya bilmədi - VİDEO
Dünya çempionatında 3 güləşçimiz məğlub oldu
Uşangi Kokauri: "Dərhal final görüşünə çıxmaq istəyirdim"
Güləşçimiz erməni idmançıya qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər