reklam
“Kəpəz” “Şamaxı”ya, “Zirə” “Sabah”a qarşı -
Sportfm.az xəbər saytı

“Kəpəz” “Şamaxı”ya, “Zirə” “Sabah”a qarşı -Premyer Liqa


Misli Premyer Liqasında 18-ci turun görüşləri davam edir.
Sportfm.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.

Günün ilk qarşılaşmasında “Kəpəz” Yevlaxda “Şamaxı”nı sınağa çəkəcək. Hazırda Gəncə klubu 12 xalla 11-ci, “Şamaxı” isə 20 xalla 8-ci pillədə qərarlaşıb.

Bu komandaların ilk dövrədəki oyununda Azər Bağırovun komandası Şamaxıdan 4:1 hesablı qələbə ilə qayıdıb.

Günün ikinci matçında “Zirə” öz meydanında “Sabah”ı sınağa çəkəcək. Hazırda Rəşad Sadıqovun komandası 29 xalla 5-ci pillədə qərarlaşıb. “Sabah” 40 xalla liderdir.

Masazır təmsilçisi son 6 turda xal itirmədiyi halda, “Zirə” ardıcıl 4 görüşdür qələbəyə həsrətdir.

Bu komandaların ilk dövrədəki görüşü “Sabah”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

31 yanvar (şənbə)

14:30. “Kəpəz” - “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Asiman Əzizli
Yevlax şəhər stadionu

17:00. “Zirə” - “Sabah”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Rəhman İmami
Zirə İdman Kompleksinin stadionu

1 fevral (bazar)

16:00. “Araz - Naxçıvan” - “Neftçi”

18:30. “Qarabağ” - “Turan Tovuz”

30 yanvar (cümə)

“Karvan-Yevlax” - “Sumqayıt” - 0:2

“Qəbələ” - “İmişli” - 3:2

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Bassalu Sambu ("Neftçi") - 6 qol

Karim Rossi ("Şamaxı") - 6 qol

Oxşar xəbərlər

"Şamaxı" "Qəbələ"yə, "Qarabağ" "Kəpəz"ə qarşı - Premyer Liqa
“Araz-Naxçıvan” Quba səfərində, “Neftçi” “Zirə”yə qarşı - Premyer Liqa
“Araz-Naxçıvan” “Turan”a, “Zirə” “Qəbələ”yə qarşı - Premyer Liqa
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Zirə” “Turan Tovuz”a qarşı
"Şamaxı" "Araz-Naxçıvan"a, "Neftçi" "Karvan"a qarşı - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər