reklam
AFFA UEFA-nın dəstəyi ilə seminar keçirir
Sportfm.az xəbər saytı

AFFA UEFA-nın dəstəyi ilə seminar keçirir


AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə “Self Evaluation Workshops” seminarına start verilib.
Sportfm.az xəbər verir ki, seminarın açılış mərasimində Bakıda səfərdə olan UEFA nümayəndələri – Helen Croft, Jeff Davis və Diana Bulgaru AFFA-nın Baş katibi Sərxan Hacıyevlə görüşüb. Görüş zamanı Azərbaycanda kütləvi futbolun mövcud vəziyyəti barədə müvafiq müzakirələr aparılıb.

Daha sonra UEFA nümayəndələrinin başçılığı ilə AFFA-nın müvafiq bölmələrinin əməkdaşları ilə seminar keçirilib. Seminarın ilk günündə “Futbolda Sosial Məsuliyyət”, “Aşağı yaş qruplarında oyun formaları”, “Futzalın kütləvi futbolda rolu” və digər mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, seminar ümumilikdə 3 gün davam edəcək.

Oxşar xəbərlər

AFFA rəsmiləri UEFA seminarında
Hakimlər üçün seminar keçirildi
UEFA-nın dəstəyi ilə keçirilən seminara yekun vuruldu
AFFA-nın əməkdaşları UEFA-nın seminarında
AFFA azarkeşlərə görə seminar təşkil etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər