reklam
Transferlərə 13 milyard dollar -
Sportfm.az xəbər saytı

Transferlərə 13 milyard dollar -ŞOK RƏQƏM


FIFA 2025-ci il üzrə beynəlxalq transfer hesabatını açıqlayıb.

Sportfm.az xəbər verir ki, ötən il kişi futbolunda transferlərə ilk dəfə olaraq 13,08 milyard dollar xərclənib.

Bu göstərici 2024-cü illə müqayisədə 50%-dən çox artım deməkdir. İl ərzində ümumilikdə 86 158 beynəlxalq transfer reallaşıb.

Qadın futbolunda da rekordlar qeydə alınıb. Burada xərclər 80% artaraq 28,6 milyon dollara çatıb.

Bazarın mütləq lideri yenə İngiltərə klubları olub. Onlar həm ən çox xərcləyən (3,82 milyard dollar), həm də ən çox qazanan (1,77 milyard dollar) tərəf kimi fərqləniblər. İlin ən bahalı keçidi isə Aleksander İsakın 172 milyon dollara “Nyukasl”dan “Liverpul”a transferi olub.

Oxşar xəbərlər

Bu dəfə rekord qırıldı
Transferlərə xərclənən məbləğ - 1,46 milyard dollar
Dünyanın ən bahalı klubları - “Forbes” açıqladı
Dünyanın ən bahalı klubları - "Real" 6-cıdır
Futbol klublarının "transfer bazarlığı" - 5,44 milyard dollar xərcləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər