Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
""Qarabağ"ın nə qədər güclü olduğunu bilirəm" -Ceremi Frimponq
"Çempionlar Liqasında yaxşı vəziyyətdəyik. "Qarabağ"a qalib gəlsək, 1/8 finala vəsiqə qazanacağıq".
Sportfm.az xəbər verir ki, bunu İngiltərənin "Liverpul" klubunun futbolçusu Ceremi Frimponq evdə "Qarabağ"la keçirəcəkləri UEFA Çempionlar Liqası oyunundan öncə mətbuat konfransında deyib.
"Qələbə üçün əlimizdən gələni edəcəyik. Komanda yoldaşlarımla birlikdə bütün diqqətimiz "Qarabağ"la oyunadır. Ötən il "Bayer Leverkuzen"də çıxış edərkən "Qarabağ"a qarşı oynamışam. Həmin oyunlar çox çətin keçmişdi. 0:2 və ya 0:3 hesabı ilə uduzurduq, amma sonda qələbə qazanmağı bacarmışdıq. Ona görə də "Qarabağ"ın nə qədər güclü olduğunu bilirəm. Onlar əsl Çempionlar Liqası komandası səviyyəsindədirlər. Bizim üçün asan matç olmayacaq", - deyə Frimponq bildirib.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Oxşar xəbərlər
"Qarabağ"ın "Liverpul"la matçı İTV-də
""Qarabağ" böyük klubdur" - Farioli
“Qarabağ” çox güclü komandadır" - Xabi Alonso
“Qarabağ” güclü komandadır" - Millinin baş məşqçisi
"Qarabağ"ı üstələmək üçün bütün gücümüzü ortaya qoyacağıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası