reklam
Bu klub borclarını bağladı
Sportfm.az xəbər saytı

Bu klub borclarını bağladı


“Fənərbaxça” klubu maliyyə müstəqilliyi yolunda mühüm addım atıb.

Sportfm.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Belə ki, İstanbul təmsilçisi Banklar Birliyi ilə saziş çərçivəsində olan 69 milyon avroluq borcunu tamamilə ödəyərək anlaşmadan rəsmən ayrılıb.

Klubun yaydığı rəsmi açıqlamada deyilir:

“Klubumuz Banklar Birliyi çərçivəsindəki borclarını bu gün etibarilə tamamilə bağlayıb və qurumdan ayrılıb. Bu addım klubumuzun maliyyə müstəqilliyi və dayanıqlı gələcəyi naminə önəmli bir mərhələnin geridə qoyulduğunu göstərir. Prosesdə əməyi keçən hər kəsə təşəkkür edir, camiəmizə xeyirli olmasını diləyirik”.

Xatırladaq ki, Banklar Birliyi ilə imzalanan saziş Türkiyə klublarının maliyyə idarəçiliyini nəzarətdə saxlayırdı və “Fənərbaxça” rəhbərliyi uzun müddətdir ki, bu anlaşmadan çıxaraq tam maliyyə sərbəstliyi əldə etməyi hədəfləyirdi.

Oxşar xəbərlər

Daha bir klub Türkiyə kubokunda imtina etdi
“Fənərbaxça” Türkiyə kubokundan imtina etdi
Elita klubları maliyyə yardımı edəcək
UEFA "Real"a maliyyə xəbərdarlığı etdi
Azarkeşlərdən sevimli klublarına böyük jest - 450 min dollar bağışladılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər