reklam
Afrika Millətlər Kubokunun finalçıları məlum oldu
Sportfm.az xəbər saytı

Afrika Millətlər Kubokunun finalçıları məlum oldu


İyulun 14-də Misirdə keçirilən Afrika Millətlər Kubokunun finalçıları məlum olub.

Sportfm.az xəbər verir ki, turnirin ilk yarımfinal görüşü Seneqal və Tunis yığmaları arasında olub. Görüşdə hər iki komanda 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib.

Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən əlavə olunmuş dəqiqələr oynanılıb. Qarşılaşmanın 108 dəqiqəsində hesab açılıb. Belə ki, top Tunis millisinin müdafiəçisi Dilan Bronin ayağına dəyərək qapıdan keçib. Qoldan sonra irəli atılan Tunis seçməsinin səylərinə baxmayaraq, hesab dəyişməyib. Beləliklə, Seneqal millisi tarixində ikinci dəfə Afrika Millətlər Kubokunun finalına yüksəlib.

Mərhələnin digər oyununda Əlcəzair millisi Nigeriya seçməsi ilə üz-üzə gəlib. Üç qol vurulan görüşdə əlcəzairlilər 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, final görüşü iyulun 19-da, üçüncü və dördüncü yer uğrunda qarşılaşma isə iyulun 17-də baş tutacaq.

Oxşar xəbərlər

Afrika Millətlər Kubokunun bütün iştirakçıları bilindi
Nigeriya Afrikanın üçüncüsü oldu
Afrika Millətlər Kubokunda yarımfinal cütlükləri
Afrika Millətlər Kubokunun ilk yarımfinalçılar bəlli oldu
Afrika Millətlər Kubokunun iştirakçıları müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər