reklam
Sportfm.az xəbər saytı

"Zirə" Ukrayna klubunua məğlub oldu -Yoxlama görüşü


"Zirə" Antalya toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Sportfm.az xəbər verir ki, Rəşad Sadıqovun komandası əvvəlcə Ukraynanın "Oleksandriya" klubu ilə üz-üzə gəlib.

Oyun "Zirə"nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. "Zirə"nin qollarını Yeqor Boqomolski (29) və Ceyhun Nuriyev (54) vurub.

"Oleksandriya" Ukrayna Premyer Liqasında 16 turdan sonra 11 xalla 15-ci pillədə qərarlaşıb.

"Zirə" günün 2-ci və Antalya toplanışı çərçivəsində sonuncu matçında isə Çexiyanın "Bohemians 1905" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. "Bohemians 1905" Çexiya çempionatında 19 turdan sonra 19 xalla 12-ci pillədədir.

Qeyd edək ki, "Zirə" ilk sınaq matçında Rumıniyanın “Çiksereda” klubu ilə 3:3 hesablı heç-heçə edib.

Oxşar xəbərlər

“Zirə” heç-heçə etdi - Yoxlama oyunu
“Zirə”nin rəqibləri müəyyən oldu
Ukrayna klubu "Zirə" ilə qarşılaşacaq
"Zirə" Türkiyə klubuna qalib gəldi
"Zirə" Qırğızıstan klubuna qarşı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər