Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Zirə" Türkiyə klubuna qalib gəldi
"Zirə" Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı çərçivəsində yoxlama matçı keçirib.
Sportfm.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Türkiyə 1-ci liqa təmsilçisi "Ankara Keçiörengücü" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
"Zirə"nin qollarını yeni transferlər Brahim Konate (13) və Abdul Aziz Batibite (84) vurub.
"Zirə" daha əvvəl Bakıda "Qarabağ"a yoxlama matçında 0:4 uduzub.
Qeyd edək ki, iyulun 17-nə qədər qonşu ölkədə olacaq "Zirə" bu müddətdə daha 3 yoxlama matçı keçirməyi planlaşdırır. Görüşlər 12 və 16 iyul (iki oyun) tarixlərində oynanılacaq. Rəqiblərin kimliyi barədə hələlik açıqlama verilməyib.

Oxşar xəbərlər
“Zirə” Türkiyəyə yola düşdü
“Zirə”nin hazırlıq planı bəlli oldu
"Zirə" Türkiyə klubu ilə bərabərə qaldı
"Zirə" Türkiyə klubuna qarşı - Yoxlama oyunu
"Zirə" “Fatih Karagümrük”lə bərabərə qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası