reklam
Millimizdə yeni baş məşqçi
Sportfm.az xəbər saytı

Millimizdə yeni baş məşqçi


Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Qurum Yay Olimpiya Oyunlarında ümumilikdə 4 qızıl medal qazanmış Məhəmməd Bəna ilə müqavilə bağlayıb.

Milli komandanın böyük məşqçisi vəzifəsinə Nurəddin Rəcəbov təyin edilib. Məşqçilər korpusunda Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cazini Dorçə də yer alıb.

İran yığması London-2012 Yay Olimpiya Oyunlarında Məhəmməd Bənanın rəhbərliyi altında 3 qızıl medal qazanaraq İran güləşi tarixində yeni rekorda imza atıb. Bu mütəxəssislə qonşu ölkənin komandası Tokio-2020 Olimpiadasında isə 1 qızıl və 1 bürünc medal qazanıb.

2011-ci ildə FILA (indiki UWW) tərəfindən dünyanın ən yaxşı məşqçisi ünvanına sahib çıxan Bəna İranda “Cəsarət” ordeni ilə təltif edilib.

O, dünya yunan-Roma güləşi tarixində ən uğurlu və nüfuzlu baş məşqçilərdən biridir. Bənanın məşqçilik yanaşması sistemlilik, intizam, taktiki düşüncə və psixoloji davamlılıq prinsiplərinə əsaslanır.

Oxşar xəbərlər

Güləşçilərimizdən üç qızıl medal - III MDB Oyunları
Güləşçilərimizdən Qazaxıstanda 8 medal - Türk Dövlətlərinin Universiadası
Millilərimizin heyəti açıqlandı - Avropa çempionatı
Qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya çempionatı başlayır
Yunan-Roma güləşçilərimiz Yay Olimpiya Oyunlarına hazırdırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər