reklam
Sportfm.az xəbər saytı

"Çelsi" yeni baş məşqçisi məlumoldu


Liam Rosenyor İngiltərənin “Çelsi” komandasına baş məşqçi təyin edilib.

Sportfm.az xəbər verir ki, 41 yaşlı mütəxəssislə 2032-ci ilin yayına qədər uzunmüddətli müqavilə imzalanıb.

İngiltərəli baş məşqçi bundan əvvəl “Derbi” və “Hall Siti”də fəaliyyət göstərib. Həmin komandalar müvafiq olaraq İngiltərənin üçüncü və ikinci divizionlarında çıxış edirlər.

Rosenyor 2024-cü ildən Fransa “Strasburq”una rəhbərlik edib. “Strasburq” ümumi sahiblərə malik olduğuna görə “Çelsi”nin farm-klubu sayılır.

Cari mövsümdə Rosenyorun rəhbərliyi altında “Strasburq” Konfrans Liqasının qrup mərhələsini qalib kimi başa vurub və Fransa Liqa 1-də 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Çelsi” bundan əvvəl baş məşqçi postundan Entso Mareskanı istefaya göndərib.

Oxşar xəbərlər

Rosenyor əsas namizəddir - "Çelsi"nin baş məşqçisi olmağa
“Çelsi”dən tarixi uğur
Ilıcalı baş məşqçisini istefaya göndərdi
Fransa klubunda baş məşqçi ayrılığı
“Çelsi”yə qadağa qoyuldu - Müqavilə bağlaya bilməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər