Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ” başladı -FOTO
“Qarabağ” 2025/26 mövsümünün ikinci hissəsinin hazırlığına start verib.
Sportfm.az xəbər verir ki, bu gün “Azersun Arena”dakı təlim-məşq bazasında bir araya gələn kollektiv 2026-cı ilin ilk məşqini keçirib.
Komandanın hazırlıq planının ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək. Komanda həmin müddətdə təlim-məşq toplanışını davam etdirəcək.
Toplanış çərçivəsində “Qarabağ” iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi nəzərdə tutulur. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Ağdam təmsilçisi yeni ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcək.

Oxşar xəbərlər
“Qəbələ”nin qış hazırlıq planı bilindi
"Qarabağ"ın qış hazırlıq planı bilindi
“Qarabağ”ın hazırlıq planı məlum oldu
"Qarabağ"ın hazırlıq planı müəyyən oldu
"Neftçi"nin ikinci rəqibi məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası