reklam
Tacikistan futbolunun əfsanəsi vəfat edib
Sportfm.az xəbər saytı

Tacikistan futbolunun əfsanəsi vəfat edib


Rusiyanın "Spartak" və "Lokomotiv" klublarının sabiq futbolçusu Muxsin Muxamadiev 59 yaşında dünyasını dəyişib.

Sportfm.az xəbər verir ki, bu barədə TASS-a mərhumun həyat yoldaşı Mohira Muxamadieva məlumat verib.

Qeyd edək ki, Muxamadiev 2025-ci ilin noyabr ayında ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdi.

Futbolçu karyerası ərzində Tacikistanın "Pamir", Türkiyənin "Ankaragücü", Nijni Novqorodun "Lokomotiv", Avstriyanın "Austria", Moskvanın "Torpedo", Özbəkistanın "Səmərqənd" və digər klublarda çıxış edib.

Peşəkar futbolçu karyerasını başa vurduqdan sonra o, Podolskun "Vityaz" klubunda, Tacikistan milli komandasında, "İstiklol"da və digər kollektivlərdə məşqçi kimi çalışıb. Bundan əlavə, Kazanın "Rubin" klubunda idman direktoru vəzifəsini də icra edib.

Oxşar xəbərlər

İki dəfə Çempionlar Kubokunu qazanan futbolçu vəfat etdi - 73 yaşında
Sabiq dünya çempionu vəfat etdi
Braziliya futbolunun əfsanəsi dünyasını dəyişdi - 92 yaşında
Millimizin sabiq futbolçusu dünyasını dəyişdi - 34 yaşında
Millinin sabiq üzvü dünyasını dəyişdi - 71 yaşında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər