reklam
Çempionatın bombardiri zədələndi
Sportfm.az xəbər saytı

Çempionatın bombardiri zədələndi


İspaniyanın "Real Madrid” klubunun futbolçusu Kilyan Mbappe zədə səbəbindən yaşıl meydanlardan kənarda qalacaq.

Sportfm.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı fransalı hücumçunun sol diz bağlarında dartılma aşkar edilib. Mbappenin bərpa prosesi təxminən üç həftə çəkəcək.

Qeyd edək ki, Kilyan Mbappe hazırda 18 qolla İspaniya La Liqasının bombardirlər cədvəlinə başçılıq edir. Zədə səbəbindən o, yanvarın 4-də “Real Betis”ə qarşı keçiriləcək çempionat oyununu və yanvarın 8-də İspaniya Superkubokunun yarımfinalında “Atletiko Madrid”lə qarşılaşmanı buraxmalı olacaq.

Oxşar xəbərlər

Ulduz futbolçu ABŞ-da xəstəxanaya düşdü
Mbappe final matçında iştirak etməyəcək
Güler "Atletiko"ya qarşı oynayacaq - Adı iştirak ərizəsində
Hazard 5 həftə oynamayacaq - Zədə səbəbindən
Kilian Mbappe etiraf etdi - "Real Madrid"də oynamaq istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər