reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" rəsmi təklif gözləyir


"Qarabağ" rəhbərliyi komandanın yarımmüdafiəçisi Marko Yankoviçlə bağlı qərarını qətiləşdirib.

Sportfm.az xəbər verir ki, bu barədə fanat.az-ın əldə etdiyi məlumatda bildirilib.

Qeyd olunub ki, hazırda monteneqrolu legioner üçün Azərbaycan çempionuna rəsmi təklif göndərilməyib. Lakin bu baş verəcəyi halda, "köhlənlər" sözügedən əcnəbi ilə vidalaşacaqlar. Səbəb isə Markonun bütün diqqətini oyununa yönəltməməsi və müəyyən davranışları ilə komandadaxili ab-havanı pozmasıdır. Belə ki, UEFA Çempionlar Liqasında sərgilədiyi parlaq çıxış fonunda bir neçə Avropa təmsilçisində maraq oyadan orta xətt oyunçusu menecerlər vasitəsi ilə ona göndərilən çağırışların təsiri altına düşüb.

Komanda yoldaşlarının bir sıra önəmli matçlardan sonra Yankoviçə iradlarını bildirməsi də faktdır. Vəziyyətin bu yerdə olması baş məşqçi Qurban Qurbanovu da narahat edir. Təcrübəli mütəxəssis ürəyi "Qarabağ"la döyünməyən əcnəbinin yola salınmasının əleyhinə deyil.

Oxşar xəbərlər

"Qarabağ"ın futbolçusuna Braziliyadan təklif var
"Belə bir nəticənin olacağını təxmin edirdim" - Qurban Qurbanov
İrlandlardan "Qarabağ"ın matçına böyük maraq - bilet qalmadı
"Uğurlu nəticə əldə etməyə çalışacağıq” - Qurban Qurbanov
"Neftçi"nin sabiq futbolçusu:"Qurban Qurbanovun komandasının gücünü şişirtmək lazım deyil" - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər