reklam
Şəhidin adına taekvondo klubu fəaliyyətə başladı -
Sportfm.az xəbər saytı

Şəhidin adına taekvondo klubu fəaliyyətə başladı -FOTO


Quba rayonunun Alekseyevka kəndində Şəhid Ülvü Məmmədovun adını daşıyan taekvondo Klubu fəaliyyətə başlayıb.
Sportfm.az xəbər verir ki, "Ülvü" taekvondo klubunun yaradıcısı və direktoru taekvondo üzrə 3-cü dan qara kəmər sahibi, Quba İOEUGİŞM-in məşqçi-müəllimi Emil Təhməzovdur.
Klubda 2 köməkçi məşqçi və 50 idmançı fəaliyyət göstərir.
Klubun taekvondoçuları Azərbaycan çempionatlarında yüksək nəticələr qazanıb, eyni zamanda dünya çempionatlarında iştirak ediblər. Bu idman ocağı şəhidimizin əziz xatirəsinin yaşadılması və gənclərin vətənpərvər ruhda yetişdirilməsi məqsədi daşıyır.
Qeyd edək ki, Şəhid Ülvü Məmmədov 29 iyul 1997-ci ildə Alekseyevka kəndində anadan olub. 2015–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. O, 2020-ci il Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və 21 oktyabr 2020-ci ildə Xocavənd döyüşlərində qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. Alekseyevka kəndində yaşadığı küçəyə Ülvü Məmmədovun adı verilib.
Şəhidin adına taekvondo klubu fəaliyyətə başladı -

Oxşar xəbərlər

Antiterror tədbirləri zamanı 192 hərbçimiz şəhid oldu
Azərbaycan boksçusu şəhid oldu - FOTO
ASK Arenada şəhid azarkeşin xatirəsi yad edildi - Anım Günü
Beynəlxalq yarışın qalibləri bilindi - SİYAHI
Şəhid atasına xüsusi mükafat təqdim edildi - AİJA tərəfindən

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər