Azərbaycan çempionatına start verildi, 3 klub yarışa qatılmadı
Avqustun 18-də bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatına start verilib.
Sportfm.az xəbər verir ki, gənclər və böyüklər yaş kateqoriyalarında yer alan 25 gimnast halqa, top, gürzlər və lentlə zövqlü musiqi və çətin elementlərin ahəngindən yaranan kompozisiyaları icra edərək, medallar uğrunda mübarizə aparacaqlar.
Milli Gimnastika Arenasında keçirilən yarışın açılış mərasimində Azərbaycan Gimnastika Federasiyası baş katibinin müavini Nurlana Məmmədzadə yarış iştirakçılarını salamlayıb. Yarışlarda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Start” İdman Klubu, “Zirvə İnternational” İdman Klubu, eyni zamanda, Gəncə, Qusar və Kürdəmir təmsilçiləri ilə yanaşı, ölkəmizdə təlim-məşq toplanışında olan əcnəbi idmançılar da maraqlı çıxışları ilə izləyicilərin qarşısına çıxacaqlar.
Qeyd edək ki, "Neftçi" İdman klubu, "Spartak" İdman Cəmiyyəti və Respublika Kompleks İdman Məktəbinin idmançıları Azərbaycan çempionatına qatılmayıblar.
Oxşar xəbərlər
Azərbaycan çempionatı start götürdü - Bədii gimnastika üzrə
Bədii gimnastika üzrə Azərbaycan çempionatı keçiriləcək
Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi keçiriləcək
Bədii gimnastika üzrə 25-ci Bakı çempionatı start götürdü
24-cü Azərbaycan çempionatında neçə klub iştirak edəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Qarabağ" "Dinamo" ilə oyuna hazırdı - FOTOLAR
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası















Misli Premyer Liqası