reklam
“Fənərbaxça” əzəli rəqibinə məğlub oldu -
Sportfm.az xəbər saytı

“Fənərbaxça” əzəli rəqibinə məğlub oldu -Türkiyə Kuboku


Türkiyə Kubokunun C qrupunda ilk turun mərkəzi qarşılaşmasında “Fənərbaxça” doğma meydanda əzəli rəqibi “Beşiktaş”a 1:2 hesabı ilə məğlub olub.

Sportfm.az xəbər verir ki, İstanbul derbisində qonaq komandanın qələbəsini Vatslav Çernı təmin edib. Çexiyalı hücumçu 33-cü və 90+1-ci dəqiqələrdə fərqlənərək dubla imza atıb. “Fənərbaxça”nın yeganə qolunu isə 43-cü dəqiqədə penaltidən Marko Asensio vurub.

Bu nəticədən sonra “Beşiktaş” Türkiyə Kubokunda qrup mərhələsinə qələbə ilə başlayaraq aktivinə 3 xal yazdırıb. “Fənərbaxça” isə turnirdə ilk oyununu məğlubiyyətlə başa vurub.

Qeyd edək ki, “Fənərbaxça” Türkiyə Kubokunun II turunda 14 yanvar tarixində səfərdə “Beyoğlu Yeni Çarşı” ilə qarşılaşacaq. “Beşiktaş” isə 15 yanvarda “Ankara Keçiörengücü”nü qəbul edəcək.

Oxşar xəbərlər

Derbinin qalibi "Fənərbaxça" oldu
Bu gün derbi var
"Fənərbaxça" böyük hesabla qalib gəldi
"Fənərbaxça" derbidə məğlub oldu - Super Liqa
"Fənərbaxça" və "Beşiktaş" qələbə qazandı - Türkiyə Super Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər