reklam
“Zəfər” Liqasına yekun vuruldu
Sportfm.az xəbər saytı

“Zəfər” Liqasına yekun vuruldu


AFFA-nın təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Azərbaycan Gənclər Fondunun birgə dəstəyi ilə UEFA-nın “HatTrick” proqramı çərçivəsində könüllü, tələbə və gənclər təşkilatları arasında keçirilən minifutbol üzrə “Zəfər” Liqasına yekun vurulub.

Sportfm.az xəbər verir ki, bu barədə assosiasiyadan məlumat verilib.

Ümumilikdə 24 komandanın mübarizə apardığı turnirin final qarşılaşmasında Fövqəladə Hallar Nazirliyinin könüllülərdən ibarət komandası ilə Bakı Dövlət Universitetinin könüllülərdən ibarət kollektivi üz-üzə gəlib. Həlledici matçı üstün keçirən FHN könüllüləri qalib gələrək turnirin çempionu olublar. Bakı Dövlət Universitetinin könüllüləri gümüş, AIESEC könüllüləri isə bürünc medallar əldə ediblər.

Final görüşünün ardından fərdi nominasiyaların qalibləri də müəyyənləşdirilib. FHN könüllüləri komandasının üzvü Əli İbrahimov “Ən yaxşı qapıçı”, BDU könüllüləri komandasının üzvü Mügdət İbrahimli “Ən yaxşı oyunçu”, AFFA könüllüləri komandasının üzvü Cəfər Cəfərli isə “Ən məhsuldar oyunçu” nominasiyaları üzrə mükafatlandırılıb.

Sonda qalib komandaya kubok təqdim olunub. Kubok və müvafiq nominasiyalar üzrə mükafatlar AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Azərbaycan Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov tərəfindən təqdim edilib.

Oxşar xəbərlər

AFFA Gənclər Liqasının qaliblərini mükafatlandırdı
Tələbələr arasında turnir keçirildi
Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin qalibi bilindi
Futzal üzrə Tələbə Liqasına yekun vuruldu
Azərbaycanda yeni bir liqaya start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər