reklam
Sportfm.az xəbər saytı

"Əl-Nəsr"ə transfer qadağası


FİFA Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna transfer qadağası qoyub.

Sportfm.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

"Mundo Deportivo"nun xəbərinə görə isə, qadağaya səbəb "Əl-Nəsr"in 2023-cü ildə mərkəz müdafiəçisi Aymerik Laportun transferi üçün "Mançester Siti"yə borclu qalması olub. Klub "şəhərlilər"a təxminən 9 milyon avro ödəməyib. Borcun ödənilməsi üçün son tarix 31 avqustda başa çatıb.

Ötən payızda isə Laport "Əl-Nəsr"dən "Atletik"ə keçib.

Xatırladaq ki, "Əl-Nəsr"in kapitanı "Qızıl top"un beşqat qalibi Kriştiano Ronaldodur.

Oxşar xəbərlər

"Əl-Nəsr" Kinqsli Koman ilə müqavilə imzaladı
Ronaldo “Əl-Nəsr”in yeni təklifi ilə razılaşdı
"Əl-Nəsr"in yeni baş məşqçisi Stefano Pioli oldu - RƏSMİ
Ronaldo qol vurdu, "Əl-Nəsr" bərabərə qaldı
"Əl Nəsr" daha bir tanınmış futbolçunu aldı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər