reklam
Yarımçıq dayandırılmış oyunla bağlı qərar verildi
Sportfm.az xəbər saytı

Yarımçıq dayandırılmış oyunla bağlı qərar verildi


Kişi voleybolçuların Yüksək Liqasında yarımçıq dayandırılmış 7-ci turun “Xilasedici” – “ORDU” oyunu ilə bağlı qərar verilib.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.

Dekabrın 17-də keçirilən qarşılaşmanın yekun nəticəsi ilə əlaqədar bu gün Azərbaycan Voleybol Federasiyasında (AVF) iclas keçirilib.

İclasda federasiyanın İnzibati Məsələlər Komissiyasının üzvləri, “Xilasedici” və “ORDU” komandalarının menecerləri, qarşılaşmanın supervayzeri və hakimlər iştirak ediblər.

AVF-nin baş katibi Faiq Orucovun rəhbərliyi ilə keçirilən iclasda dünənki qarşılaşmada baş verən hadisələr ətraflı şəkildə araşdırılıb və məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.

Qərara əsasən, yarımçıq dayandırılmış “Xilasedici” – “ORDU” qarşılaşmasında “Xilasedici” komandasına 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

Oxşar xəbərlər

Təxirə salınan oyun 2026-cı ildə keçiriləcək - Qərar
Bürünc medalçı məlum oldu - Yüksək Liqa
Kosovoya texniki məğlubiyyət verildi - Qərar
"Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu ilə bağlı qərar
Voleybol üzrə ordu birinciliyinə start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər