reklam
Premyer Liqamızda bir ilk
Sportfm.az xəbər saytı

Premyer Liqamızda bir ilk


Azərbaycan Premyer Liqasında 18 ildən sonra ilkə imza atılıb.

Sportfm.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Premyer Liqanın 15 turundan sonra yalnız bir komanda heç-heçə etməyib. “Kəpəz” mövsümün startında ardıcıl 15 görüşü “sülh”süz başa vurub.

Gəncə klubu 3 qələbə qazanıb və 12 dəfə uduzub. Bu, turnirin tarixində 14-cü belə hadisədir.

Çempionatdan çıxdığı üçün bütün görüşlərdə texniki məğlubiyyət alan “Gənclik” klubu nəzərə alınmasa, bunadək 13 komanda ilk 15 matçı heç-heçəsiz keçib.

Sonuncu belə seriya 18 il əvvəl – 2007/2008 mövsümündə qeydə alınıb. “Gənclərbirliyi” “sülhsevməzlik” nümayiş etdirib.

İlk belə seriyaya 1992-ci ildə “Neftçi” imza atıb – 14 qələbə, 1 məğlubiyyət.

Oxşar xəbərlər

“Kəpəz”dən dördüncü uğursuz start
"Kəpəz" tarixinin utanverici səhifəsi
"Neftçi"nin tarixində bir ilk
"Zirə"dən tarixi nəticə
“Neftçi”nin tarixində növbəti uğursuz seriya - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər