Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Bir-iki məsələ düzəlməlidir" -Yuri Vernidub
"65-70 dəqiqə meydançada əsl futbol oldu. Bunu isə bizim komanda oynadı. Həmin vaxtadək qapımız qarşısında xüsusi bir hadisənin yaşandığını xatırlamıram. 2 qol vurmağımıza baxmayaraq, əlavə 3 top da vura bilərdik. Bu məqam qalib gəlməməyimizin əsas səbəbi oldu".
Sportfm.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Yuri Vernidub evdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfrasında deyib. Ukraynalı mütəxəssis bildirib ki, son 20 dəqiqəlik bölümdə komandası yorğun vəziyyətdə çox çətinliklə oynayıb: "Səmimi etiraf edim ki, fiziki güc yetərincə olmadı. Amma bütün bunları daha yaxşı istiqamətdə düzəltmək olar. Eybi yox, dekabrın 20-də "Karvan-Yevlax"la oyunumuz var. Qarşıdakı oyunumuzdan sonra yanvarda təlim-məşq toplanışında olacağıq. Həmin vaxt komandanı daha yaxşı hazırlama şansımız olacaq". 59 yaşlı baş məşqçi komanda barədə təəssüratlarını da açıqlayıb: "Bu gün sizinlə gördüklərimi bölüşürəm. Yaxşı komandadır, oyunçular yaxşıdır, sürətləri də, topu idarə etmələri də, texnikaları da qənaətbəxş səviyyədədir, pis deyil. Sadəcə, bir-iki məsələ düzəlməlidir. Bunlardan biri nizam-intizamın düzəldilməsi, digəri fiziki gücün artırılmasına yönəldilmiş səylər olmalıdır. Baş məşqçi kimi uzunmüddətli təcrübəmə əsasən əmin etmək və qorxmadan bildirmək istəyirəm ki, komandanın daha yüksək səviyyələrə qalxması üçün əlimizdən gələn və gəlməyən hər şeyi edəcəyik. Çünki mən "Neftçi"ni Ukraynada "Dinamo Kiyev" və "Şaxtyor Donetsk" ilə müqayisə edirəm. Bu, tarixi klubdur, Azərbaycan üçün brenddir. Bunu etmək kifayət qədər realdır".[/img]

Oxşar xəbərlər
"Nərimandan tam razı deyiləm" - Qurban Qurbanov
"Məncə, düzgün yoldayıq" - Fernandu Santuş
"Milli üzvlərinin fiziki hazırlıqları bir o qədər yaxşı deyil" - Vitali Borisov
"Amma onun potensialı bu deyil" - Qurban Qurbanov
"Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA

Misli Premyer Liqası